Azərbaycan yığması Avropa çempionatına iki qızılla başladı

12 Noyabr 2017 10:57 Cüdo 628
Azərbaycan yığması Avropa çempionatına iki qızılla başladı

Montoneqronun paytaxtı Podqoritsa şəhərində cüdo üzrə U-23 Avropa birinciliyinə start verilib.

Sportinfo.az xəbər verir ki, yarışın ilk günü Azərbaycan milli komandasının üzvləri 2 medal qazanıblar.

Gənc cüdoçularımızdan 60 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Kəramət Hüseynov və 52 kq çəki dərəcəsində mübarizə aparan Nəzakət Əzizova Avropa birinciliyinin bürünc medallarına sahib olublar.

40 ölkədən 301 idmançının (168 kişi, 133 qadın) mübarizə apardığı mötəbər birincilikdə Azərbaycan milli komandası 14 cüdoçu (8 kişi, 6 qadın) ilə təmsil olunur.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!