Millimizə üzərində Azərbaycan bayrağı olan tort hədiyyəsi - 2 FOTO

23 Oktyabr 2017 19:00 Cüdo 960
Millimizə üzərində Azərbaycan bayrağı olan tort hədiyyəsi - 2 FOTO

Xorvatiyanın paytaxtı Zaqrebdə gənclər arasında dünya birinciliyində böyük uğura imza atmış cüdoçularımız artıq Vətənə dönüblər.

Sportinfo.az xəbər verir ki, idmançılarımız və məşqçi heyəti təyyarədə Türk Hava Yolları tərəfindən sürpriz edilib.

Bu aviaşirkət daim onların hava reysi ilə uçduqlarından və Zaqrebdən zəfərlə döndüklərindən, millimizə üzərində Azərbaycan bayrağı olan tort təqdim olunub.

Mötəbər yarışda 2 qızıl, 2 gümüş və 1 bürünc medal qazanan, kişilərin komanda hesabında I olan, ümumi komanda hesabında isə yalnız Yaponiyadan geri qalaraq II yeri tutan millimizin üzvlərini Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycan Cüdo Federasiyasının rəsmiləri, idman ictimaiyyətinin nümayəndələri, jurnalistlər və idmançıların ailə üzvləri qarşılayıblar.

83 ölkədən 590 idmançının mübarizə apardığı dünya birinciliyində Hidayət Heydərov (-73 kq), Zelim Kotsoyev (-100 kq) qızıl, Natiq Qurbanlı (-55 kq), Kəramət Hüseynov (-60 kq) gümüş və Nəzakət Əzizova (-52 kq) bürünc medal əldə ediblər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!