Azərbaycan cüdoçuları dünya birinciliyində 2 gümüş medal qazandı

19 Oktyabr 2017 10:36 Cüdo 519
Azərbaycan cüdoçuları dünya birinciliyində 2 gümüş medal qazandı

Xorvatiyanın paytaxtı Zaqreb şəhərində gənclər arasında cüdo üzrə dünya birinciliyinə start verilib. Sportinfo.az xəbər verir ki, mötəbər yarışın ilk günü millimiz aktivinə 2 medal yazdırıb.

55 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Natiq Qurbanlı və 60 kq çəki dərəcəsində mübarizə aparan Kəramət Hüseynov finala qədər bütün rəqibəri üzərində qələbə qazanıblar.

Lakin hər iki cüdoçumuz finalda üstünlüyü rəqibə verərək gümüş medala sahib olublar. 83 ölkədən 590 idmançının (346 oğlan, 244 qız) mübarizə apardığı mötəbər birincilikdə Azərbaycan milli komandası 15 cüdoçu (10 oğlan, 5 qız) ilə təmsil olunur.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!