Yeniyetmələrin Cənub regional birinciliyinə yekun vuruldu

16 Oktyabr 2017 20:12 Cüdo 609
Yeniyetmələrin Cənub regional birinciliyinə yekun vuruldu

Şirvan şəhərində yeniyetmə cüdoçular arasında Cənub regional birinciliyinə yekun vurulub. Sportinfo.az xəbər verir ki, yarışda Masallı, Səlyan, Şirvan, Lənkəran, İmişli, Sabirabad və Biləsuvar idmançıları mübarizə aparıblar.

Birinciliyin ikinci günü 2001-2003-cü il təvəllüdlü cüdoçular medallar uğrunda yarışıblar. Şirvan cüdoçuları daha yaxşı nəticə göstərərək fəxri kürsünün ən yüksək pilləsinə çıxıblar.

İkinci yeri İmişli komandası tutub. Masallı cüdoçuları isə üçüncü olublar. Qaliblərə ACF-nin diplomları və medallar təqdim olunub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 İyun 17:30 Çək və bizə göndər!
22 İyun 10:40 "Qarabağ" çıxb getdi