Qubada yeni bölgə birinciliyi

13 Oktyabr 2017 10:36 Cüdo 591
Qubada yeni bölgə birinciliyi

Cüdo üzrə bölgə birinciliyi yarışları bu dəfə Qubada davam etdirilib. Sportinfo.az xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasının (ACF) dəstəyi ilə təşkil olunan yarışda Quba, Qusar, Şabran, Siyəzən, Xaçmaz, Xızı və Abşeron rayonlarının yeniyetmə idmançıları qatılıb.

Birincilikdə iki yaş qrupu üzrə oğlan və qız cüdoçular medallar uğrunda mübarizə aparırlar. Yarışların açılış mərasimində ACF və Quba rayon icra hakimiyyəti rəsmiləri, eləcə də tanınmış mütəxəssislər çıxış edərək ölkədə dövlət səviyyəsində idmana göstərilən qayğını xüsusi vurğulayıblar.

Onlar cüdoçuların son vaxtlar beynəlxalq yarışlardakı nailiyyətlərindən söhbət açıblar. Şimal - Şərq bölgəsinin tanınmış idman mütəxəssisləri, məşqçilər göstərilən diqqət və dəstəyə görə ACF rəhbərliyinə təşəkkürlərini bildiriblər. Qaliblərə federasiyanın diplomları, medallar və hədiyyələr təqdim olunub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!