İsmayıllıda Sadıq Sadıqovun region birinciliyinə yekun vuruldu

11 Oktyabr 2017 21:00 Cüdo 603
İsmayıllıda Sadıq Sadıqovun region birinciliyinə yekun vuruldu

İsmayıllıda Azərbaycan Cüdo Federasiyasının (ACF) dəstəyi ilə keçirilən region birinciliyinə yekun vurulub.

Sportinfo.az xəbər verir ki, Şimal bölgəsindən olan yeniyetmə cüdoçular iki yaş qrupu üzrə medallar uğrunda yarışıblar.

2001-2003-cü il təvəllüdlü yeniyetmələrin birinciliyində İsmayıllı cüdoçuları daha yaxşı nəticə göstərərək ümumi komanda hesabında 1-ci yeri tutublar. Qaliblərə ACF-nin diplomları, medallar və hədiyyələr verilib.

Şimal regionu üzrə birincilikdə Oğuz, Ağsu, İsmayıllı, Qəbələ, Qobustan və Şamaxı cüdoçuları mübarizə aparıblar. Yeniyetmə cüdoçuların zona yarışları Qubada davam etdiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!