Zaqatalada keçirilən region birinciliyinə yekun vuruldu

8 Oktyabr 2017 16:45 Cüdo 662
Zaqatalada keçirilən region birinciliyinə yekun vuruldu

Zaqatalada Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə keçirilən region birinciliyinə yekun vurulub.

Sportinfo.az xəbər verir ki, Şimal-Qərb bölgəsindən olan yeniyetmə cüdoçular iki yaş qrupu üzrə medallar uğrunda yarışıblar.

Mingəçevir cüdoçuları daha yaxşı nəticə göstərərək ümumi komanda hesabında 1-ci yeri tutublar. Qaliblərə Azərbaycan Cüdo Federasiyasının diplomları, medallar və hədiyyələr verilib.

Şimal-Qərb regionu üzrə birincilikdə Zaqatala, Mingəçevir, Şəki, Qax və Balakən cüdoçuları mübarizə aparıblar. Yeniyetmə cüdoçuların zona yarışları İsmayıllıda davam etdiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 İyun 17:30 Çək və bizə göndər!
22 İyun 10:40 "Qarabağ" çıxb getdi