Hidayət son 10 saniyədə dünya çempionu oldu

21 May 2024 01:10 Cüdo 638
Hidayət son 10 saniyədə dünya çempionu oldu

Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən dünya çempionatının qalibi olub.

Sportinfo.az xəbər verir ki, o, finalda hazırkı Asiya çempionu Tatsuki İşihara (Yaponiya) ilə qarşılaşıb.

Əsas vaxtın bitməsinə 40 saniyə qalmış Tatsuki vazari xalı ilə önə keçib. Hidayət vaxtın bitməsinə 10 saniyə qalmış rəqibini ipponla məğlub edib.

Azərbaycan tarixində bunadək yalnız Elxan Məmmədov 2013-cü ildə dünya çempionu olmuşdu.

İlk dəfə dünya çempionatında finalda mübarizə aparan Heydərov bundan əvvəl bu turnirdə üç bürünc medal qazanıb.

Bundan əlavə, bu il o, Zaqrebdə keçirilən Avropa çempionatında dördüncü dəfə Avropa çempionu titulunu təmin edib.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:40 Son söz AFFA-da!
13 Sentyabr 17:30 Çək və bizə göndər!
13 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 04:40 "Biz dominant olmuşuq"
13 Sentyabr 03:20 Kanadalı "Lənkəran"da
13 Sentyabr 02:00 Kamran Quliyev hara getdi?