Dünya çempionatında finala yüksəldi - Hidayət Heydərov

20 May 2024 18:20 Cüdo 819
Dünya çempionatında finala yüksəldi - Hidayət Heydərov

Azərbaycan cüdoçusu Hidayət Heydərov (73kq) Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən dünya çempionatında finala yüksəlib.

Sportinfo.az xəbər verir ki, təmsilçimiz yarımfinalda İqor Vandtkendən (Almaniya) üstün olub.

Ankzaya Lavjarqal (Monqolustan) və Tatsuki İşihara (Yaponiya) arasında keçiriləcək döyüşün qalibi həlledici mərhələdə H.Heydərovun rəqibi olacaq.

Kişilərin yarışında Yaşar Nəcəfov və Kamran Süleymanov (hər ikisi 66 kq), qadınların mübarizəsində isə Acelya Toprak (57 kq) yarışı mükafatsız başa vurublar.

Digər Xəbərlər
Xəbər Lenti
21 Sentyabr 18:10 Çək və bizə göndər!
21 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
21 Sentyabr 04:20 Dünya çempionu olduq