Aran Qarabağ region birinciliyinin qalibləri məlum oldu

5 Oktyabr 2017 10:36 Cüdo 738
Aran Qarabağ region birinciliyinin qalibləri məlum oldu

Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə Ağdamın Quzanlı kəndində keçirilən region birinciliyinə yekun vurulub.

Sportinfo.az xəbər verir ki, Aran Qarabağ bölgəsindən olan yeniyetmə cüdoçular iki yaş qrupu üzrə medallar uğrunda yarışıblar.

Yevlax cüdoçuları daha yaxşı nəticə göstərərək ümumi komanda hesabında 1-ci yeri tutublar. Qaliblərə Azərbaycan Cüdo Federasiyasının diplomları, medallar və hədiyyələr verilib.

Aran Qarabağ regionu üzrə birincilikdə Bərdə, Ağdam, Yevlax, Goranboy, Laçın, Ağcabədi, Göyçay, Zərdab, Xocalı, Ucar, Naftalan, Beyləqan cüdoçuları mübarizə aparıblar. Yeniyetmə cüdoçuların zona yarışları Zaqatalada davam etdiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!