Şəmkirdə cüdo federasiyasının dəstəyi ilə keçirilən region birinciliyinə yekun vurulub. Sportinfo.az xəbər verir ki, Qərb bölgəsindən olan yeniyetmə cüdoçular iki yaş qrupu üzrə medallar uğrunda yarışıblar.
2001-2003-cü il təvəllüdlü cüdoçuların mübarizəsində Gəncə şəhər UGİM-1 komandası ümumi hesabda birinci yeri tutub. Gəncəli yeniyetmə cüdoçular region birinciliyində 4 qızıl, 3 gümüş və 4 bürünc medal qazanıblar.
2004 - 2006-cı il təvəllüdlü kiçik yaşlı yeniyetmə cüdoçuların mübarizəsində isə Gəncə Təhsil-RİM komandası 7 qızıl, 9 gümüş, 10 bürünc medalla birinci olub.
Qaliblərə ACF-nin diplomları, medallar və hədiyyələr verilib. Qərb regionu üzrə birincilikdə Gəncə, Şəmkir, Tovuz, Qazax, Ağstafa, Samux və Göy-Göl cüdoçuları mübarizə aparıblar.

