Azərbaycan cüdoçuları Serbiyada 3 bürünc medal qazandı

24 Sentyabr 2017 00:24 Cüdo 601
Azərbaycan cüdoçuları Serbiyada 3 bürünc medal qazandı

Serbiyanın paytaxtı Belqrad şəhərində cüdo üzrə Avropa açıq çempionatına start verilib. Sportinfo.az xəbər verir ki, yarışın birinci günü Azərbaycan milli komandası aktivinə 3 medal yazdırıb.

Beynəlxalq turnirdə ölkəmizi təmsil edən Elbrus Zamanov (60 kq), Telman Vəliyev (73 kq) və Gültac Məmmədəliyeva (48 kq) bürünc medallara sahib olublar.

30 ölkədən 240 cüdoçunun (157 oğlan, 83 qız) mübarizə apardığı turnirdə Azərbaycan milli komandası 17 cüdoçu (13 oğlan, 4 qız) ilə təmsil olunur.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 İyun 17:30 Çək və bizə göndər!
22 İyun 10:40 "Qarabağ" çıxb getdi