Rüstəm Orucov dünya çempionatında gümüş medal qazandı

30 Avqust 2017 20:48 Cüdo 680
Rüstəm Orucov dünya çempionatında gümüş medal qazandı

Azərbaycan cüdoçusu Rüstəm Orucov Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında gümüş medal qazanıb

Sportinfo.az xəbər verir ki, 73 kq çəki dərəcəsində yer alan Avropa çempionu finalda yaponiyalı Soiçi Haşimoto ilə qarşılaşıb. 26 yaşlı cüdoçu rəqibinə qızıl xalla məğlub olub.

Bununla da Azərbaycan cüdo yığması qazandığı medalların sayını ikiyə çatdırıb. Yarışın birinci günündə Orxan Səfərov da finalda uduzaraq dünya çempionatının gümüş medalını qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti