Macarıstanın paytaxtı Budapeştdəki dünya çempionatında bu gün mübarizəyə qoşulan Azərbaycan cüdoçusu Rüstəm Orucov yarımfinala yüksəlib.
Sportinfo.az xəbər verir ki, 73 kq çəki dərəcəsində yer alan Avropa çempionu 1/4 finalda çinli Saiyinjiriqalanı ipponla yenib. 26 yaşlı cüdoçu yarımfinalda cənubi koreyalı Çanqrim Anla qarşılaşacaq.
73 kq çəkidəki digər cüdoçu Hidayət Heydərov da yarımfinala yüksəlib. Finala gedən yolda 20 yaşlı idmançının rəqibi yaponiyalı Soiçi Haşimoto ilə üz-üzə gələcək.

