Azərbaycan cüdoçuları dünya çempionatında mübarizəyə başlayır

28 Avqust 2017 13:48 Cüdo 605
Azərbaycan cüdoçuları dünya çempionatında mübarizəyə başlayır

Bu gün Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə dünya çempionatına start veriləcək. Azərbaycanı ümumilikdə 9 kişi və 8 qadın cüdoçu təmsil edəcək.

Sportinfo.az xəbər verir ki, ilk yarış günündə qadınlar 48 kq, kişilər isə 60 kq çəki dərəcəsində mübarizə aparacaqlar.

Azərbaycanı bu çəkilərdə 3 idmançı təmsil edəcək. Qadınlardan Bazarraqça Erdenebat 1/32 finaldan, Leyla Əliyeva isə 1/16 finaldan mübarizəyə başlayacaq.

Kişilərin yarışında isə dünya və Avropa çempionatlarının mükafatçısı Orxan Səfərov 1/16 finaldan çıxış edəcək.

48 kq
1/32 final. Bazarraqça Erdenebat - Aleksandra Pop (Rumıniya)
1/16 final. Leyla Əliyeva - Funa Tanaki (Yaponiya)

60 kq
1/16 final. Orxan Səfərov - Tapiva Pavari (Zimbabve) / Yanislav Gerçev (Bolqarıstan) cütünün qalibi

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!