Rövnəq Abdullayevin işinin üstünə iş. gəldi - Daha bir vəzifə!

25 Avqust 2017 15:00 Cüdo 885
Rövnəq Abdullayevin işinin üstünə iş. gəldi - Daha bir vəzifə!

Avqustun 25-də Macarıstanın paytaxtı Budapeşt şəhərində Beynəlxalq Cüdo Federasiyasının (İJF) Konqresi keçirilib.

Sportinfo.az xəbər verir ki, Konqresdə dünya cüdo təşkilatına üzv olan bütün milli federasiyaların rəhbərləri, tanınmış idman xadimləri iştirak ediblər.

Əvvəlcə İJF prezidenti Marius Vizer çıxış edərək son vaxtlar görülən işlərin, keçirilən mühüm tədbirlərin əhəmiyyətini xüsusi vurğulayıb.

Sonra dünya cüdo təşkilatının baş katibi Jan Roje son 4 illik hesabatı konqres iştirakçılarının diqqətinə çatdırıb.

M.Vizer növbəti 4 il müddətinə prezident seçkilərinə yeganə namizəd olduğundan səsvermə açıq keçirilib və o yekdilliklə yenidən İJF prezidenti seçilib.

Daha sonra İcraiyyə Komitəsinin növbəti 4 il müddətinə yeni tərkibini müəyyənləşdirmək üçün seçkilər keçirilib. Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev İJF İcraiyyə Komitəsinin üzvü seçilib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!