Dünya çempionatında çıxış edəcək yığma üzvləri ilə görüş - VİDEO

22 Avqust 2017 12:48 Cüdo 616
Dünya çempionatında çıxış edəcək yığma üzvləri ilə görüş - VİDEO

Azərbaycan Cüdo Federasiyasında (ACF) Macarıstanın paytaxtı Budapeştdəki dünya çempionatına yollanan yığma üzvləri ilə görüş keçirilib.

Sportinfo.az xəbər verir ki, görüşdə həm kişilərdən, həm də qadınlardan ibarət milli komandaların məşqçiləri mötəbər çempionatla bağlı keçirilmiş təlim-məşq toplanışları, eləcə də ümumi hazırlıqla bağlı rəhbərkliyi məlumatlandırıblar.

Cüdoçular yaradılan şəraitə görə ACF-nin prezidenti Rövnəq Abdullayevə təşəkkürlərini bildirərək, göstərilən etimadı dünya çempionatında da doğruldacaqlarına inandıqlarını qeyd ediblər.

Federasiyanın vitse-prezidenti Sadıq Sadıqov milli komandanın üzvlərinə beynəlxalq yarışlarda göstərdikləri əzmkarlıq qarşılığında minnətdarlığını bildirib.

O, uğurların davamı üçün ACF tərəfindən daim qayğı göstəriləcəyini diqqətə çatdırıb. Azərbaycan milli komandası 28 avqust – 3 sentyabrda keçiriləcək dünya çempionatına 17 nəfərlik (9 kişi, 8 qadın) heyətlə yollanacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!