Azərbaycanın paracüdoçuları Avropa çempionatında 7 medal aldı

7 Avqust 2017 19:00 Cüdo 763
Azərbaycanın paracüdoçuları Avropa çempionatında 7 medal aldı

Azərbaycanın paracüdoçuları İngiltərənin Uolsoll şəhərində keçirilən Avropa çempionatında 7 medal qazanıblar. Sportinfo.az xəbər verir ki,, İlham Zəkiyev, Rövşən Səfərov, Sevda Vəliyeva və Xanım Hüseynova qızıl medala yiyələniblər.

Bayram Mustafayev gümüş, Ramil Qasımovla Hüseyn Rəhimli isə “bürünc”ə sahib çıxıblar. Azərbaycanın kişi və qadınlardan ibarət yığmaları da komanda yarışlarında fəxri kürsünün birinci pilləsinə yüksəliblər.

Digər Xəbərlər
Xəbər Lenti