Azərbaycan millisinin itkin düşmüş baş məşqçisi Kiyevdə həbs edildi - VİDEO

2 Avqust 2017 16:00 Cüdo 885
Azərbaycan millisinin itkin düşmüş baş məşqçisi Kiyevdə həbs edildi - VİDEO

Cüdo üzrə ikiqat olimpiya çempionu, Azərbaycan millisinin sabiq baş məşqçisi Peter Zayzenbaxer həbs olunub.

Sportinfo.az xəbər verir ki, o, 2000-ci illərin əvvəllərində Vyanada məşqçilik etdiyi dövrdə iki azyaşlı qıza qarşı cinsi təcavüzdə ittiham olunur.

Azərbaycanda da iş təcrübəsinə malik olan avstriyalı mütəxəssisin rəhbərliyi altında cüdoçularımız 2016-cı ilin Olimpiadasında iki gümüş medal qazanmışdı.

2016-cı ilin dekabrında axtarışa verilən pedofil məşqçi iyulun 31-də günorta saatlarında Kiyevdəki evində həbs olunub.

Vyana Dövlət prokurorluğunun məlumatına görə, 1997-2004-cü illərdə Zayzenbaxer 14 yaşına çatmamış iki qız uşağına təcavüz edib.

56 yaşlı mütəxəssisin günahı sübuta yetirilərsə, onu 10 illik həbs cəzası gözləyir. Zayzenbaxer ardıcıl iki olimpiadada (Los-Anceles – 1984, Seul - 1988) qızıl qazanan ilk cüdoçudu.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!