Azərbaycan Avropa kubokunun ilk günündə 4 medal qazandı

30 İyul 2017 00:16 Cüdo 570
Azərbaycan Avropa kubokunun ilk günündə 4 medal qazandı

Almaniyanın paytaxtı Berlin şəhərində gənc cüdoçular arasında Avropa kubokuna start verilib. Sportinfo.az xəbər verir ki, mötəbər birinciliyin ilk günü Azərbaycan cüdoçuları üçün uğurlu olub.

Gənclərdən ibarət milli komandamız aktivinə 2 qızıl, 1 gümüş və 1 bürünc medal yazdırıb. Milli komandamızın üzvləri Nəzakət Əzizova (52 kq) və Kəramət Hüseynov (60 kq) bütün rəqiblərinə qalib gələrək Berlində qızıl medala sahib olublar.

48 kq çəki dərəcəsində mübarizə aparan Leyla Əliyeva yalnız finalda uduzaraq gümüş medal qazanıb. 66 kq çəki dərəcəsində yarışan Yaqub Cavadov Avropa kuboku yarışında bürünc medala layiq görülüb. Beləliklə gənc cüdoçularımız Berlin turnirinin ilk günündə 4 medal qazanıblar.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!