Azərbaycan cüdoçuları Avropa kubokunda uğurlu çıxış edirl

23 İyul 2017 00:16 Cüdo 639
Azərbaycan cüdoçuları Avropa kubokunda uğurlu çıxış edirl

Çexiyanın paytaxtı Praqa şəhərində yeniyətmələrin cüdo üzrə Avropa kuboku keçirilir. Sportinfo.az xəbər verir ki, Azərbaycan cüdoçuları bu mötəbər yarışda uğurlu çıxış edirlər.

27 ölkədən 308 (177 oğlan, 131 qız) idmançının qatıldığı mötəbər yarışda Azərbaycan millisi 20 cüdoçu (15 oğlan, 5 qız) ilə təmsil olunur.

Yeniyetmə cüdoçularımız 3 qızıl, 4 gümüş və 4 bürünc medal qazanaraq ilk gündə maksimum nəticə əldə ediblər. Rəşxan Baxşəliyev (55 kq), Əhməd Yusifov (60 kq), Nəzakət Əzizova (52 kq) qızıl, Rövşən Əliyev (55 kq), Kəramət Hüseynov (60 kq), Hasil Cəfərov (73 kq), Leyla Əliyeva (48 kq) gümüş, Balabəy Ağayev (55 kq), İsmayıl İbrahimov (66 kq), Yaqub Cavadov (66 kq) və Murad Fətiyev (73 kq) isə bürünc medal qazanıblar.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!