Azərbaycan cüdoçuları Avropa açıq çempionatında yarışacaq

18 İyul 2017 16:00 Cüdo 613
Azərbaycan cüdoçuları Avropa açıq çempionatında yarışacaq

Cüdo üzrə Azərbaycan milli komandası Bakıda təlim-məşq toplanışını başa vurduqdan sonra iyulun 20-də səfərə çıxacaq. Sportinfo.az xəbər verir ki, yığma üzvləri iyulun 22-də Belarusun paytaxtı Minskdə keçiriləcək Avropa açıq çempionatına qatılacaqlar.

50 ölkədən 500-ə yaxın cüdoçunun mübarizə aparacağı mötəbər yarışda Azərbaycanı 16 idmançı təmsil edəcək. Minskdə Orxan Səfərov, Nicat Şıxəlizadə, Rüstəm Orucov, Hidayət Heydərov, Fəqan Quluzadə, Məmmədəli Mehdiyev, Tural Səfquliyev, Firudin Dadaşov, Rüfət İsmayılov, Elmar Qasımov, Elxan Məmmədov, Uşanqi Kokauri, Səkinə Zayırova, Gülsədəf Kərimova, Kristina Jukovets və Nuriyyə Axundova tatami üzərinə çıxacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!