Avropa çempionatında 5 medal qazanan Azərbaycan yığması Bakıda

4 İyul 2017 16:12 Cüdo 653
Avropa çempionatında 5 medal qazanan Azərbaycan yığması  Bakıda

Litvanın Kaunas şəhərində yeniyetmələr arasında Avropa çempionatında 5 medal qazanmış Azərbaycan cüdoçuları Bakıya dönüblər.

Sportinfo.az xəbər verir ki, yarışda 1 qızıl, 3 gümüş və 1 bürüc medal qazanan milli üzvlərini Heydər Əliyev Beynəlxalq Hava Limanında federasiyasının rəsmiləri, idman ictimaiyyətinin nümayəndələri, jurnalistlər, bir qrup azarkeş və idmançıların ailə üzvləri qarşılayıblar.

Qitə birinciliyində Vüsalə Kərimova (40 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu adına sahib olub. Oğlanların yarışında Ayxan Tanrıverdiyev (55 kq), Vüsal İbrahimov (60 kq) və Qnyaz Mahmudlu (66 kq) yalnız finalda uduzaraq Avropa birinciliyinin gümüş medalını qazanıblar.

Davud Abaslı (60 kq) isə bürünc medal əldə edib. Ümumilikdə 42 ölkədən 430 yeniyetmə cüdoçunun (234 oğlan, 196 qız) mübarizə apardığı Avropa çempionatında Azərbaycan milli komandası 16 cüdoçu (10 oğlan, 6 qız) ilə təmsil olunub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!