Məmmədov komandasını İspaniyaya - təlim-məşq toplanışına apardı

4 İyul 2017 00:40 Cüdo 693
Məmmədov komandasını İspaniyaya - təlim-məşq toplanışına apardı

Millimizin əsas üzvləri İspaniyada Avropa Cüdo Federasiyasının təşkil etdiyi təlim-məşq toplanışındadır. Sportinfo.az xəbər verir ki, Kastelldefels şəhərində komandamız baş məşqçi Fərhad Məmmədov və məşqçi Mehman Əzizovun rəhbərliyi ilə gündə 2 dəfə məşq edirlər.

Cüdoçularımız İspaniya toplanışını başa vurduqdan sonra iyulun 7-də millimiz vətənə qayıdacaq. Təlim-məşq toplanışında Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi – 73 kq), Tural Safquliyev (90 kq), Elxan Məmmədov, Zelim Kotsoyev (100 kq) və Uşanqi Kokauri (+100 kq) iştirak edirlər. Hazırlıqlarını Bakıda davam etdirəcək cüdoçularımız iyulun 22-də Belarusun paytaxtı Minskdə keçiriləcək Avropa açıq çempionatına qatılacaqlar.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!