23 yaşadək gənclər arasında Azərbaycan birinciliyinə start verildi

29 İyun 2017 19:24 Cüdo 651
23 yaşadək gənclər arasında Azərbaycan birinciliyinə start verildi

Bu gün "Sərhədçi" İdman Olimpiya Mərkəzində 23 yaşadək gənclər arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib. Sportinfo.az xəbər verir ki, ölkə birinciliyində 46 klubdan 333 idmançı (288 oğlan, 45 qız) qüvvəsini sınayır.

İki gün davam edəcək yarışın ilk günündə 181 cüdoçu tatami üzərinə çıxacaq. Bu gün qızlarda 48 kq, 52 kq, 57 kq, 63 kq, 70 kq, 78 kq, +78 kq çəki dərəcələrində, oğlanlarda isə 60 kq, 66 kq çəki dərəcələrində iştirakçılar medallar uğrunda mübarizə aparırlar.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!