Azərbaycan veteranları Avropa çempionatında 10 medal qazandı

18 İyun 2017 09:48 Cüdo 636
Azərbaycan veteranları Avropa çempionatında 10 medal qazandı

Xorvatiyanın Zaqreb şəhərində veteran cüdoçular arasında Avropa çempionatı keçirilir. Yarışda mübarizə aparan Azərbaycan idmançıları uğurla çıxış edirlər. Sportinfo.az xəbər verir ki, millimiz aktivinə 3 qızıl, 5 gümüş və 2 bürünc medal yazdırıb.

Qadınların yarışında ölkəmizi təmsil edən Zülfiyyə Hüseynova F-4 63 kq kateqoriyasında bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olub. Kişilərin mübarizəsində Məmmədov Məmməd (M-1 73 kq), Bağırov Zaur (M-3 +100 kq) və Budaqov Vüqar (M-2 73 kq) qitə çempionu adını qazanıb.

Hacıyev Babək (M-3 60 kq), Cəfərov Mübariz (M-4 81 kq), Rəcəbli Fərhad (M-6 90 kq) və Müslimzadə Məhəmməd (M-8 +100 kq) gümüş medala layiq görülüb. Daha iki veteran cüdoçumuz - İntiqam Ələkbərov (M-1 100 kq) və Zaur Paşayev (M-2 100 kq) Avropa çempionatında 3-cü yeri tutub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!