Cüdo millimiz Yaponiyada təlim-məşq toplanışını davam etdirir. Sportinfo.az xəbər verir ki, ənənəvi hazırlıqda ev sahibləri ilə yanaşı, Fransa, Koreya, Braziliya, Çex Respublikası, Monqolustan, İtaliya, Rusiya kimi dünyanın aparıcı ölkələrinin komandaları da iştirak edirlər.
Azərbaycan seçməsi baş məşqçi Fərhad Məmmədov, məşqçilər Mövlud Mirəliyev və Şümşat Bəhramovun rəhbərliyi ilə gündə 2 dəfə məşq edir, əsas hədəf avqustda Macarıstanda keçiriləcək dünya çempionatıdı.
Tokio toplanışında Səfərov Orxan, Şıxəlizadə Nicat, Orucov Rüstəm, Heydərov Hidayət, Vəliyev Telman, Mehdiyev Məmmədəli, Dadaşov Firudin, Məmmədov Elxan, Kotsoyev Zelim, Kokauri Uşanqi, Munxtsedev İçinxorlo, Qurbanlı Aişə, Əzizova Nəzakət, Hüseynova Xanım iştirak edirlər.

