Azərbaycan millisinin üzvləri Yaponiyada təlim-məşq toplanışında

13 İyun 2017 14:24 Cüdo 710
Azərbaycan millisinin üzvləri Yaponiyada təlim-məşq toplanışında

Cüdo üzrə Azərbaycan milli komandasının əsas üzvləri hazırda Yaponiyanın paytaxtı Tokioda təlim-məşq toplanışındadı. Sportinfo.az xəbər verir ki, hər il ənənəvi keçirilən məşq prosesinə Yaponiya, Fransa, Cənubi Koreya, Braziliya, Çex Respublikası, Monqolustan, İtaliya, Rusiya kimi dünyanın aparıcı cüdo ölkələrinin milli komandaları da qatılıblar. Cüdoçuların ən ciddi sınağı avqustun 28-dən sentyabrın 3-dək Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək dünya çempionatı olacaq.

Yığma üzvləri baş məşqçi Fərhad Məmmədov, məşqçilər Mövlud Mirəliyev və Şümşat Bəhramovun rəhbərliyi altında gündə 2 dəfə məşq edirlər. Tokio toplanışında Orxan Səfərov, Nicat Şıxəlizadə, Rüstəm Orucov, Hidayət Heydərov, Telman Vəliyev, Məmmədəli Mehdiyev, Firudin Dadaşov, Elxan Məmmədov, Zelim Kotsoyev, Uşangi Kokauri, İçinxorlo Munxtsedev, Aişə Qurbanlı, Nəzakət Əzizova və Xanım Hüseynova iştirak edirlər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!