Elmar bu gün dünya çempionatında mübarizəyə başlayır

11 İyun 2021 12:20 Cüdo 604
Elmar bu gün dünya çempionatında mübarizəyə başlayır

Bu gün Azərbaycanın daha bir cüdoçusu Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında mübarizəyə qoşulacaq.

Sportinfo.az xəbər verir ki, kişilərin yarışında 100 kq çəki dərəcəsində Elmar Qasımov tatamiyə çıxacaq.

O, 1/16 finalda Mert Şişmanlar (Türkiyə) - İliya Sulamanidze (Gürcüstan) cütünün qalibi ilə görüşəcək.

Daha əvvəl Kəramət Hüseynov (60 kq) bürünc medal qazanıb, Orxan Səfərov (66 kq) və Hidayət Heydərov (73 kq) 5-ci yeri tutub. Hazırda Azərbaycan ümumi hesabda 16-cı yerdədir.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"