Ronaldo Messinin rekordunu yenilədi - ÇL-də

4 Dekabr 2020 12:20 Çempionlar Liqası 950
Ronaldo Messinin rekordunu yenilədi - ÇL-də

“Yuventus” Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində Kiyev “Dinamo”su ilə qarşılaşıb.

Sportinfo.az xəbər verir ki, Turində keçirilən oyun meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

“Yuventus”un qollarından birini 57-ci dəqiqədə Kristiano Ronaldo vurub. Portuqal hücumçu bununla Çempionlar Liqasında özünün 71-ci ev qoluna imza atıb və həmin göstərici üzrə rekordçu, "Barselona"nın hücumçusu Lionel Messini ötüb.

Buna qədər Messi aktivindəki 70 qolla birinci idi. Bu, həmçinin Ronaldunun karyerasında 750-ci qolu olub.

Digər Xəbərlər
Xəbər Lenti
21 Sentyabr 18:10 Çək və bizə göndər!
21 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
21 Sentyabr 04:20 Dünya çempionu olduq