"Başakşehir"dən dramatik sonluq, qrupda qaldı - VİDEO

3 Dekabr 2020 01:20 Çempionlar Liqası 587
"Başakşehir"dən dramatik sonluq,  qrupda qaldı - VİDEO

Çempionlar Liqasının H qruunda "Leyptsiq" Türkiyədə "Başakşehir"lə qarşılaşıb.

Sportinfo.az xəbər verir ki, rəqibinə 3:4 hesabı ilə uduzan İstanbul təmsilçisi 1/8 finala çıxmaq şansını itirib.

Matçda ilk qol 26-cı dəqiqədə vurulub. Qonaqlardan Marsel Zabitser komandasını önə çıxarıb. 43-cü dəqiqədə Nordi Mukiele fərqi 2 topa çatdırıb.

İlk hissənin əsas vaxtına əlavə olunmuş 3-cü dəqiqədə "Başakşehir"in heyətində İrfan Can Kahveci buraxılan qollardan birinin əvəzini çıxıb.

Komandalar fasiləyə bu hesabla yollanıblar. 66-cı dəqiqədə "Leyptsiq" 3-cü dəfə Türkiyə klubunu cəzalandırıb. 6 dəqiqə sonra Kahveci dubl edib.

Yarımmüdafiəçi 85-ci dəqiqədə daha bir qol vuraraq, het-trikini rəsmiləşdirib. Matçın əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə isə qonaqların heyətində Aleksander Sörlot son nöqtəni qoyub.

Bu qələbədən sonra xallarını 9-a çatdıran "Leyptsiq" 2-ci pilləyə yüksəlib. "Başakşehir" isə 3 xalla sonuncudur.

"Başakşəhər" (Türkiyə) - "Leypsiq" (Almaniya) 3:4
Qollar:
Kahveci, 45+3, 72, 85 - Poulsen, 26, Mukiele, 43 Olmo, 66, Sörlot, 90+2

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!