"Mançester Siti" 1/8 finalda, "Borussiya"dan darmadağın

26 Noyabr 2020 00:00 Çempionlar Liqası 446
"Mançester Siti" 1/8 finalda, "Borussiya"dan darmadağın

Çempionlar Liqasında 1/8 final mərhələsinə yüksələn daha bir komandanın adına aydınlıq gəlib.

Sportinfo.az xəbər verir ki, C qrupunun oyununda Yunanıstanda "Olimpiakos"u 1:0 hesabı ilə məğlub edən "Mançester Siti" adını növbəti raunda yazdırıb.

"Şəhərlilər"ə qələbə qazandıran qola 16-cı dəqiqədə Fil Foden imza atıb. Bu nəticədən sonra xallarını 12-yə çatdıran Mançester təmsilçisi pley-offa vəsiqəni vaxtından əvvəl - qrup mərhələsində sona 2 tur qalmış rəsmiləşdirib. "Olimpiakos" isə 3 xalla 3-cü pillədə qalıb.

Bu matçla eyni saatda start götürən B qrupunun qarşılaşmasında isə "Borussiya" (Münxenqladbax) evdə "Şaxtyor"u darmadağın edib - 4:0.

Matçda hesabı 17-ci dəqiqədə penaltidən Münxenqladbax təmsilçisinin kapitanı Lars Ştindl açıb. 34-cü dəqiqədə Niko Elvedi, ilk hissəsinin əsas vaxtına əlavə olunmuş 1-ci dəqiqədə Brel Embolo fərqləniblər. Görüşdə son nöqtəni isə 77-ci dəqiqədə Oskar Vendt qoyub.

Bu qələbə ilə 8-ci xalını qazanan "Borussiya" liderliyini möhkəmlədib. 4 xalı olan "Şaxtyor" isə hələlik 2-ci sırada qərarlaşıb.

İlk oyun günündəki nəticələrdən sonra İspaniyanın "Sevilya", "Barselona", İngiltərənin "Çelsi" və İtaliyanın "Yuventus" klubları 1/8 finala vəsiqə əldə ediblər.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"