"Barselona" və "Yuventus" 1/8 finalda - ÇL-də NƏTİCƏLƏR

25 Noyabr 2020 01:54 Çempionlar Liqası 875
"Barselona" və "Yuventus" 1/8 finalda - ÇL-də NƏTİCƏLƏR

Bu gün Çempionlar Liqasının qrup mərhələsində IV tura start verilib.

Sportinfo.az xəbər verir ki, ilk oyun günündə baş tutan 8 qarşılaşmadan sonra 1/8 finala vəsiqə qazanan ilk 4 komanda müəyyənləşib.

"Çelsi" və "Sevilya"dan sonra "Barselona" və "Yuventus" da pley-offa adlayıb.

E qrupu

21:55. “Krasnodar” (Rusiya) - “Sevilya” (İspaniya) - 1:2

Qollar: Vanderson, 56 - İvan Rakitiç, 4, Munir El-Haddadi, 90+5

21:55. “Renn” (Fransa) - “Çelsi” (İngiltərə) - 1:2

Qollar: Seri Qirassi, 85 - Kallum Hadson-Odoi, 22, Olivye Jiru, 90+1

Xal durumu: “Çelsi” - 10, “Sevilya” - 10, “Krasnodar” - 1, “Renn” - 1

F qrupu

00:00. “Latsio” (İtaliya) - “Zenit” (Rusiya) - 3:1

Qollar: Çiro İmmobile, 3, 55 (penalti), Marko Parolo, 22 - Artyom Dzyuba, 25

00:00. “Borussiya” (Dortmund, Almaniya) - “Brügge” (Belçika) - 3:0

Qollar: Erlinq Holann, 18, 60, Ceydon Sanço, 25

Xal durumu: “Borussiya” D - 9, “Latsio” - 8, “Brügge” - 4, “Zenit” - 1

G qrupu

00:00. “Dinamo” (Kiyev, Ukrayna) - “Barselona” (İspaniya) - 0:4

Qollar: Serjinyo Dest, 52, Martin Breytueyt, 57, 70 (penalti), Antuan Qrizmann, 90+2

00:00. “Yuventus” (İtaliya) - “Ferensvaroş” (Macarıstan) - 2:1

Qollar: Kriştianu Ronaldu, 35, Alvaro Morata, 90+2 - Myurto Uzuni, 19

Xal durumu: “Barselona” - 12, “Yuventus” - 9, “Dinamo” - 1, "Ferentsvaroş" - 1

H qrupu

00:00. “Mançester Yunayted” (İngilıtərə) - “Başakşəhər” (Türkiyə) - 4:1

Qollar: Brunu Fernandeş, 7, 19, Markus Reşford, 35 (penalti), Daniel Ceyms, 90+2 - Deniz Türüç, 75

00:00. PSJ (Fransa) - “Leypsiq” (Almaniya) - 1:0

Qol: Neymar, 11 (penalti)

Xal durumu: “Mançester Yunayted” - 9, PSJ - 6, “Leyptsiq” - 6, “Başakşehir” - 3.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!