BU GECƏ - "Barselona" və "Yuventus"un şansı gətirəcəkmi?

24 Noyabr 2020 21:00 Çempionlar Liqası 548
BU GECƏ - "Barselona" və "Yuventus"un şansı gətirəcəkmi?

Bu gün Çempionlar Liqasının qrup mərhələsində IV tura start veriləcək.

Sportinfo.az xəbər verir ki, ilk oyun günündə 4 qrupda 8 qarşılaşma baş tutacaq.

Bu tur bəzi klublar növbəti mərhələyə vəsiqəni vaxtından əvvəl təmin edə bilərlər.

E qrupunda "Çelsi" və "Sevilya", G qrupunda isə "Barselona" və "Yuventus"un şansları daha yüksək qiymətləndirilir.

Türkiyənin yeganə təmsilçisi "Başakşehir" isə ötən tur öz meydanında 2:1 hesabı ilə yendiyi "Mançester Yunayted" klubuna İngiltərədə qonaq olacaq.

24 noyabr
E qrupu

21:55. “Krasnodar” (Rusiya) - “Sevilya” (İspaniya)
21:55. “Renn” (Fransa) - “Çelsi” (İngiltərə)

Xal durumu: “Çelsi” - 7, “Sevilya” - 7, “Krasnodar” - 1, “Renn” - 1

F qrupu
00:00. “Latsio” (İtaliya) - “Zenit” (Rusiya)
00:00. “Borussiya” (Dortmund, Almaniya) - “Brügge” (Belçika)

Xal durumu: “Borussiya” D - 6, “Latsio” - 5, “Brügge” - 4, “Zenit” - 1

G qrupu
00:00. “Dinamo” (Kiyev, Ukrayna) - “Barselona” (İspaniya)
00:00. “Yuventus” (İtaliya) - “Ferensvaroş” (Macarıstan)

Xal durumu: “Barselona” - 9, “Yuventus” - 6, “Dinamo” - 1, "Ferentsvaroş" - 1

H qrupu
00:00. “Mançester Yunayted” (İngilıtərə) - “Başakşəhər” (Türkiyə)
00:00. PSJ (Fransa) - “Leypsiq” (Almaniya)

Xal durumu: “Mançester Yunayted” - 6, “Leyptsiq” - 6, PSJ - 3, “Başakşehir” - 3.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!