"Zenit" ilk xalını evdə "Latsio"dan qazandı - VİDEO

5 Noyabr 2020 01:24 Çempionlar Liqası 1 294
"Zenit" ilk xalını evdə "Latsio"dan qazandı - VİDEO

Çempionlar Liqasının qrup mərhələsində III turun daha 2 oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, daha bir matç F qrupuna təsadüf edib.

Rusiyada "Zenit" "Latsio"nu qəbul edib. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Hesabı meydan sahiblərindən Aleksandr Yeroxin 32-ci dəqiqədə açıb.

82-ci dəqiqədə isə Felipe Kaysedo bərabərliyi təmin edib. Bu nəticədən sonra "Latsio" 5 xalla vahid liderə çevrilib. Qrupda ilk xalını qazanan "Zenit" isə yenə sonuncu yerdə gedir.

"Zenit" (Rusiya) - "Latsio" (İtaliya) - 1:1
Qollar:
Eroxin, 32 - Kaysedo, 82

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 18:10 Çək və bizə göndər!
7 Noyabr 17:40 Biri belə, biri elə