Türklər "Mançester Yunayted"ə qalib gəldi - VİDEO

5 Noyabr 2020 01:10 Çempionlar Liqası 547
Türklər "Mançester Yunayted"ə qalib gəldi - VİDEO

Çempionlar Liqasının qrup mərhələsində III turun daha 2 oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, İstanbuldakı "Fatih Terim" stadionunda "Başakşehir" "Mançester Yunayted"i qəbul edib.

Görüş meydan sahiblərinin sensasion qələbəsi ilə yekunlaşıb - 2:1. Qolların hamısı ilk yarıda vurulub. 13-cü dəqiqədə Demba Ba "Başakşehir"i hesabda önə çıxarıb. 40-cı dəqiqədə Edin Vişça fərqi artırıb. Qonaqların təsəlli qoluna isə 43-cü dəqiqədə Antoni Marsyal imza atıb.

Bu, "Başakşehir"in H qrupunda ilk qələbəsi olub. Hazırda Türkiyə təmsilçisi 3 xala malik olsa da, yenə qrup sonuncusudur. 6 xalı olan "Mançester Yunayted" isə hələ də qrup lideridir.

"Başakşəhər" (Türkiyə) - "Mançester Yunayted" (İngiltərə) 2:1
Qollar:
Demba Ba, 13, Vişça, 40 - Marsyal, 43

Digər Xəbərlər
Xəbər Lenti