"Şaxtyor" almanlar önündə darmadağın oldu - VİDEO

4 Noyabr 2020 00:14 Çempionlar Liqası 418
"Şaxtyor" almanlar önündə darmadağın oldu - VİDEO

Çempionlar Liqasında III tura start verilib.

Sportinfo.az xəbər verir ki, Donetsk "Şaxtyor"u Kiyevdə "Borussiya"nı (Mönhenqladbax) qəbul edib.

Görüş qonaqların böyük hesablı qələbəsi ilə yekunlaşıb. Toplardan 3-nü Alassan Plea 8-ci, 26-cı və 78-ci dəqiqələrdə vurub. 17-ci dəqiqədə Valeri

Bondar topu öz qapısına göndərib, daha iki qola isə Rami Bensebaini 44-cü və Lars Ştindl 65-ci dəqiqədə imza atıb.

Bununla da B qrupunda ilk məğlubiyyətlə üzləşən "Şaxtyor" 4 xalla 2-ci pilləyə enib. Xalını 5-ə yüksəldən "Borussiya" isə liderə çevrilib.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!