Çempionlar Liqasının ən sürətli futbolçusu - FOTO

28 Oktyabr 2020 15:32 Çempionlar Liqası 378
Çempionlar Liqasının ən sürətli futbolçusu - FOTO

UEFA Çempionlar Liqasının 2019/2020 mövsümünün texniki hesabatını hazırlayıb.

Sportinfo.az xəbər verir ki, hesabatda mövsümün ən sürətli futbolçusu da qeyd olunub.

Bu, PSJ-nin hücumçusu Kilian Mbappedir. Mbappe “Bavariya” ilə qarşılaşmada saatda 33,98 km sürətə nail olub. Bu da ÇL-də ən yüksək göstəricidir.

İkinci sırada "Leyptsiq"in müdafiəçisi Lukas Klostermann (33,82 km/s) qərarlaşıb. İlk "3-lüy"ü İtaliyanın "Atalanta" klubunun cinah oyunçusu Hans Hatebur (33,71) tamamlayır.

Kilian Mbappe 2020/2021 mövsümündə PSJ-nin heyətində 6 oyunda meydana çıxıb və eyni sayda qol vurub. Fransalı hücumçu həmçinin 4 məhsuldar ötürmə müəllifi olub.

Digər Xəbərlər
Xəbər Lenti