“Liverpul” və “Mançester Siti” qazandı, "Real" qurtuldu

28 Oktyabr 2020 01:56 Çempionlar Liqası 577
“Liverpul” və “Mançester Siti” qazandı, "Real" qurtuldu

Çempionlar Liqasında (ÇL) II tura start verilib.

Sportinfo.az xəbər verir ki, ilk oyun günündə A, B, C və D qruplarında 8 matç keçirilib.

Turnirin son qalibi “Bavariya” qələbələri sıralamaqda davam edir. Münhen təmsilçisi Moskvada “Lokomotiv”i çətinliklə məğlub edib. A qrupunun digər favoriti “Atletiko” “Zalsburq” önündə ciddi problem yaşasa da, əzmkar qələbəyə sevinib.

B qrupunda “İnter” ardıcıl ikinci heç-heçəsini edib. İlk turda “Real”ı məğlub edən Donetsk “Şaxtyor”u bu dəfə “neradzurra”dan 1 xal alıb. “Real” Mönhenqladbax “Borussiya”sı ilə matçda məğlubiyyətdən son dəqiqələrdə vurduğu qollarla xilas olub.

“Real”dan fərqli olaraq, “Mançester Siti” növbəti qalibiyyətini qazanıb. “Şəhərlilər” Fransada “Marsel”i asanlıqla üstələyib. Qrupun digər görüşündə “Porto” “Olimpiakos”u əliboş yola salıb.

Bol qollu keçən “Atalanta” – “Ayaks” qarşılaşmasında komandalar xalları yarı bölüblər. Ehtiyat heyətlə meydana çıxan “Liverpul” isə “Midtülland”ı 2 qolla məğlub edib.

A qrupu
21:55. “Lokomotiv” (Moskva, Rusiya) – “Bavariya” (Almaniya) - 1:2
Mirançuk, 70 - Qoretska, 14, Kimmix, 79
00:00. “Atletiko” (İspaniya) – “Zalsburq” (Avstriya) - 3:2
Llorente, 29, Joao Feliks, 52, 85 - Şoboslay, 40, Berişa, 47

1

Bavariya

2

2

0

0

6-1

6

2

Atletiko

2

1

0

1

3-6

3

3

Lokomotiv

2

0

1

1

3-4

1

4

Zalsburq

2

0

1

1

4-5

1

B qrupu
21:55. “Şaxtyor” (Ukrayna) – “İnter” (İtaliya) - 0:0
00:00. “Borussiya” (Mönhenqladbax, Almaniya) – “Real” (İspaniya) - 2:2
Turam, 33, 58 - Benzema, Kasemiro, 90+3

1

Şaxtyor

2

1

1

0

3-2

4

2

Borussiya M

2

0

2

0

4-4

2

3

İnter

2

0

2

0

2-2

2

4

Real

2

0

1

1

4-5

1

C qrupu
00:00. “Porto” (Portuqaliya) – “Olimpiakos” (Yunanıstan) - 2:0
Vyera, 11, Oliveyra, 85
00:00. “Marsel” (Fransa) – “Mançester Siti” (İngiltərə) - 0:3
Torres, 18, Gündoğan, 76, Sterlinq, 81

1

Mançester Siti

2

2

0

0

6-1

6

2

Porto

2

1

0

1

3-3

3

3

Olimpiakos

2

1

0

1

1-2

3

4

Marsel

2

0

0

2

0-4

0

D qrupu
00:00. “Liverpul” (İngiltərə) – “Midtülland” (Danimarka) - 2:0
Jota, 55, Salah 90+3, (pen.)
00:00. “Atalanta” (İtaliya) – “Ayaks” (Niderland) - 2:2
Zapata, 54, 60 - Tadiç, 30, Traore, 38

1

Liverpul

2

2

0

0

3-0

6

2

Atalanta

2

1

1

0

6-2

4

3

Ayaks

2

0

1

1

2-3

1

4

Midtülland

2

0

0

2

0-6

0

Digər Xəbərlər
Xəbər Lenti