"Bavariya" Moskvadan qələbə ilə qayıtdı - VİDEO

28 Oktyabr 2020 00:56 Çempionlar Liqası 431
"Bavariya" Moskvadan qələbə ilə qayıtdı - VİDEO

Çempionlar Liqasında II tura start verilib.

Sportinfo.az xəbər verir ki, A qrupunda "Lokomotiv" Moskvada Çempionlar Liqasının son qalibi "Bavariya" ilə qarşılaşıb.

Matç qonaqların qələbəsi ilə yekunlaşıb - 2:1. Hesabı 14-cü dəqiqədə Leon Qoretska açıb. 70-ci dəqiqədə Anton Mirançuk meydan sahiblərinin bərabərlik qolunu vursa da, 79-cu dəqiqədə Coşua Kimmix "Bavariya"nın qələbə topunu vurub.

Bununla da Münhen təmsilçisi xalını 6-ya yüksəldərək, liderliyini inamla davam etdirib. "Lokomotiv" isə hələlik 1 xalla 2-ci yerdə gedir.

Digər Xəbərlər
Xəbər Lenti