Messi Ronaldonu istəyir

26 Oktyabr 16:28 Çempionlar Liqası 2 078
Messi Ronaldonu istəyir

“Barselona”nın kapitanı Lionel Messi növbəti dəfə “Yuventus”un fubolçusu Kriştiano Ronaldo ilə aralarından olan rəqabətdən danışıb.

Sportinfo.az xəbər verir ki, 33 yaşlı hücumçu İtaliya mətbuatına açıqlamasında portuqaliyalı forvarda koronavirusdan tez sağalmasını və Çempionlar Liqasında qrup mərhələsinin 2-ci turunda keçiriləcək “Yuventus” – “Barselona” matçında iştirak edə bilməsini arzulayıb:

“Ronaldo ilə rəqbət xüsusi idi və hələ də belədir. Uzun illər bu cür davam etdi. Uzun müddət müəyyən bir səviyyədə qalmaq asan deyil. Ronaldo ilə aramızdakı duel şəxsi çərçivədə də çox yaxşı keçdi.

“Real, “Barselona” tərəfdarları, eləcə də bütün azarkeşlər mötəşəm bir tamaşa gördülər. Onlara daha çox zövq verəcəyimizə ümid edirik.

Aydındır ki, Ronaldo “Real”da çıxış edəndə oyunlar xüsusi idi. Belə görüşlər həmişə fərqli olub. Amma Kriştiano oynayanda matçlar daha da xüsusiləşirdi. Ancaq indi onlar keçmişdə qalıb.

Biz səbirsizliklə qarşıdakı çağırışları gözləyirik. Məsələn, çərşənbə günü bu, baş verə bilər. Ümid edirik ki, Ronaldo tezliklə koronavirusdan qurtulacaq və bu oyunda iştirak edə biləcək”.

Oktyabrın 28-də Turindəki “Allianz Arena”da keçiriləcək “Yuventus” – “Barselona” görüşü Bakı vaxtı ilə 00:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
23 Noyabr 22:40 Messi lazım deyil?
23 Noyabr 21:10 Nazirdən yeni təyinatlar
23 Noyabr 21:00 AFFA 12 komanda üçün...
23 Noyabr 15:40 "Qoca" belə olar - VİDEO