“Real“ çökdü, “Bavariya” və “Mançester Siti” qazandı - ÇL

22 Oktyabr 2020 01:10 Çempionlar Liqası 759
“Real“ çökdü, “Bavariya” və “Mançester Siti” qazandı - ÇL

Çempionlar Liqasında (ÇL) növbəti oyunlar keçirilib.

Sportinfo.az xəbər verir ki, bununla qrup mərhələsinin I turuna yekun vurulub.

Günün ilk sürprizi Madriddə yaşanıb. Donetsk “Şaxtyor”unu qəbul edən “Real” birinci hissədə buraxdığı 3 topdan ikisinin əvəzini fasilədən sonra çıxsa da, məğlubiyyətdən qaça bilməyib. Bununla İspaniya təmsilçisi tarixində ilk dəfə ÇL-ə öz meydanında yenilgi ilə start götürüb.

Turnirin son qalibi “Bavariya” mərkəzi oyunda “Atletiko” ilə görüşüb. Uğurlu çıxışını davam etdirən münhenlilər doğma arenasında güclü rəqibə darmadağınla qalib gəliblər.

Turnirin favoritləri sırasında göstərilən İngiltərə klublarından “Liverpul” səfərdə “Ayaks”ı üstələyibsə, “Mançester Siti” “Etihad” stadionunda “Porto”ya əzmkar oyunla yerini göstərib.

Son illər məhsuldarlığı ilə diqqət çəkən “Atalanta” ənənəsinə sadiq qalıb. Berqamolular Danimarkada “Midtülland”ı böyük fərqlə məğlubiyyətə uğradıb. Əvəzində İtaliyanın digər təmsilçisi “İnter” Milanda Mönhenqladbax “Borussiya”sı ilə xalları yarı bölüb.

Günün bərabərə bitən yeganə oyununda “Zalsburq”la Moskva “Lokomotiv”i xalları yarı bölüblər. “Marsel” isə Yunanıstanda “Olimpiakos”a son dəqiqə qolu ilə uduzub.

21 oktyabr
A qrupu

“Zalsburq” (Avstriya) – “Lokomotiv” (Moskva, Rusiya) - 2:2
Şoboşlay, 45, Yunuzoviç, 50 - Eder, 19, Lisakoviç, 75
“Bavariya” (Almaniya) – “Atletiko” (İspaniya) - 4:0
Kuman, 28, 77, Qoretska, 41, Tolisso, 66

B qrupu
“Real” (İspaniya) – “Şaxtyor” (Donetsk, Ukrayna) - 2:3
Modriç. 54, Junior Vinisius, 59 - Tete, 29, Varan, 33 (avtoqol), Solomon, 42
“İnter” (İtaliya) – “Borussiya” (Mönhenqladbax, Almaniya) - 2:2
Lukaku, 49, 90 - Bensebaoni, 63, Hofmann, 84

C qrupu
“Mançester Siti” (İngiltərə) – “Porto” (Portuqaliya) - 3:1
Aquero, 21 (pen), Gündoğan, 65, Torres, 73 - Luis Dias, 14
“Olimpiakos” (Yunanıstan) – “Marsel” (Fransa) - 1:0
Koka, 90+1

D qrupu
"Ayaks” (Niderland) – “Liverpul” (İngiltərə) - 0:1
Taqliafiko, 35 (avtoqol)
"Midtülland” (Danimarka) – “Atalanta” (İtaliya) - 0:4
Zapata, 26, Qomes, 36, Muriel, 42, Mirançuk, 89

Digər Xəbərlər
Xəbər Lenti