Bu gün Çempionlar Liqasında qrup mərhələsinin birinci turunun növbəti oyunları keçiriləcək.
Sportinfo.az xəbər verir ki, ikinci oyun günündə 4 qrupda 8 qarşılaşma baş tutacaq.
Turnirin son qalibi "Bavariya" Almaniyada "Atletiko"nu qəbul edəcək. A qrupunun digər matçında Moskva "Lokomotiv"i Avstriyada "Zaltsburq"un qonağı olacaq.
B qrupunun iddialı komandalarından "Real" İspaniyada "Şaxtyor"u, "İnter" İtaliyada “Borussiya” (Mönxenqladbax) ilə üz-üzə gələcək.
21 oktyabr
A qrupu
20:55. “Zalstburq” (Avstriya) – “Lokomotiv” (Moskva, Rusiya)
23:00. “Bavariya” (Almaniya) – “Atletiko” (İspaniya)
B qrupu
20:55. “Real Madrid” (İspaniya) – “Şaxtyor” (Donetsk, Ukrayna)
23:00. “İnter” (İtaliya) – “Borussiya” (Mönhenqladbax, Almaniya)
C qrupu
23:00. “Mançester Siti” (İngiltərə) – “Portu” (Portuqaliya)
23:00. “Olimpiakos” (Yunanıstan) – “Marsel” (Fransa)
D qrupu
23:00. “Ayaks” (Niderland) – “Liverpul” (İngiltərə)
23:00. "Midtüllann” (Danimarka) – “Atalanta” (İtaliya)