ÇL-də klub sayının artırılması ilə bağlı UEFA-dan AÇIQLAMA

20 Oktyabr 17:10 Çempionlar Liqası 342
ÇL-də klub sayının artırılması ilə bağlı UEFA-dan AÇIQLAMA

UEFA Çempionlar Liqasının qrup mərhələsində komanda sayının artırılması ilə bağlı hələ qərar verməyib.

Sportinfo.az xəbər verir ki, bu barədə qitə futbol qurumundan "RİA Novosti"nin sorğusuna cavab olaraq bildirilib.

Qeyd olunub ki, UEFA-nın bayrağı altında 2024-cü ildən sonra keçiriləcək klub yarışlarının formatı ilə bağlı müzakirələr tezliklə bütün maraqlı tərəflərlərin iştirakı ilə bərpa olunacaq.

Daha əvvəl "The Telegraph" nəşri UEFA-nın 2024/2025 mövsümündən Çempionlar Liqasının qrup mərhələsində iştirakçı komandaların sayını 32-dən 36-ya artıra biləcəyini yazıb.

Xəbər Lenti
27 Noyabr 22:20 Niyə AFFA yox, "Qarabağ"?
27 Noyabr 01:10 "Milan"dan 1:1 - VİDEO