Klubların qazanacağı məbləğ – Vəsiqə al, həyatını qurtar!

8 Oktyabr 2020 11:34 Çempionlar Liqası 736
Klubların qazanacağı məbləğ – Vəsiqə al, həyatını qurtar!

UEFA Çempionlar Liqasında 2020/21 mövsümü üçün ödənişlərin məbləğini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, qitə futbol qurumu qrup mərhələsindən etibarən iştirakçıların qazanacağı pulları müəyyənləşdirib.

Qrupa vəsiqə əldə edən 32 klubun hər birinə 14,5 milyon avro ilkin ödəniş, eyni zamanda 750 min avro qalıq ödəniş ediləcək. Qrupda hər qələbə 2,7 milyon, heç-heçə 900 min avro ilə qiymətləndiriləcək.

Klubların pley-off mərhələlərindəki qazancları isə belə olacaq:
1/8 finala vəsiqə - 9,5 milyon avro
1/4 finala vəsiqə - 10,5 milyon
Yarımfinala vəsiqə - 12 milyon
Finala vəsiqə - 15 milyon avro.

Qrup mərhələsinə oktyabrın 20-də start veriləcək. Çempionlar Liqasının qalibi əlavə daha 4 milyon avro qazanacaq.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı