Ay qoca, ay qoca... - FOTO

2 Oktyabr 2020 11:20 Çempionlar Liqası 780
Ay qoca, ay qoca... - FOTO

Kiyev “Dinamo”sunun çalışdırıcısı Mirça Luçesku Çempionlar Liqasının qrup mərhələsində iştirak edən ən yaşlı baş məşqçi olacaq.

Sportinfo.az xəbər verir ki, 75 yaşlı mütəxəssisin komandası pley-offda “Gent”i (2:1, 3:0) məğlub etməklə qrup mərhələsinə vəsiq əldə edib.

Bununla da Luçesku qitənin əsas futbol turnirinin qrup mərhələsində iştirak edən ən yaşlı mütəxəssis olacaq.

Bundan əvvəlki rekord isə “Bavariya”nın sabiq baş məşqçisi Yupp Haynkesə məxsusdur. O, 72 yaşında Münhen təmsilçisi ilə 2017-2018-ci illər mövsümündə Çempionlar Liqasında iştirak edib.

Çempionlar Liqasının bu gün Cenevrədə keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə 19:00-da başlayacaq. Luçesku bu ildən "Dinamo"nu çalışdırır.

Digər Xəbərlər
Xəbər Lenti