"Barselona" ilə "Yuventus" bir qrupda – ÇL-də qrup mərhələsinin püşkü atıldı

1 Oktyabr 2020 20:24 Çempionlar Liqası 1 296
"Barselona" ilə "Yuventus" bir qrupda – ÇL-də qrup mərhələsinin püşkü atıldı

Çempionlar Liqasının 2020/2021 mövsümündə qrup mərhələsinin püşkü atılıb.

Sportinfo.az xəbər verir ki, mərasim İsveçrənin Nyon şəhərində gerçəkləşib.

Türkiyənin turnirdəki yeganə təmsilçisi "Başakşehir" PSJ (Fransa), "Mançester Yunayted" (İngiltərə) və "Leyptsiq"ə (Almaniya) rəqib olub. Çempionlar Liqasında qrup mərhələsinin oyunlarına oktyabrın 20-də start veriləcək.

A qrupu: "Bavariya" (Almaniya), "Atletiko" (İspaniya), "Zaltsburq" (Avstriya), "Lokomotiv" (Moskva, Rusiya)

B qrupu: "Real Madrid" (İspaniya), "Şaxtyor" (Ukrayna), "İnter" (İtaliya), "Borussiya" (Mönxenqladbax, Almaniya)

C qrupu: "Porto" (Portuqaliya), "Mançester Siti" (İngiltərə), "Olimpiakos" (Yunanıstan), "Marsel" (Fransa)

D qrupu: "Liverpul" (İngiltərə), "Ayaks" (Niderland), "Atalanta" (İtaliya), "Midtüllann" (Danimarka)

E qrupu: "Sevilya" (İspaniya), "Çelsi" (İngiltərə), "Krasnodar" (Rusiya), "Renn" (Fransa)

F qrupu: "Zenit" (Rusiya), "Borussiya" (Dortmund, Almaniya), "Latsio" (İtaliya), "Brügge" (Belçika)

G qrupu: "Yuventus" (İtaliya), "Barselona" (İspaniya), "Dinamo" (Kiyev, Ukrayna), "Ferentsvaroş" (Macarıstan)

H qrupu: PSJ (Fransa), "Mançester Yunayted" (İngiltərə), "Leyptsiq" (Almaniya), "Başakşehir" (Türkiyə)

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
21 İyul 16:30 Çək və bizə göndər!
21 İyul 02:10 "Araz-Naxçıvan"dan 11:2