32 klubun adı bilindi - ÇL-də qrup mərhələsinə qalanlar

1 Oktyabr 2020 01:10 Çempionlar Liqası 1 235
32 klubun adı bilindi - ÇL-də qrup mərhələsinə qalanlar

Bu gün Çempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Sportinfo.az xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutacaq tədbir Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Qitənin ən nüfuzlu klub turnirində mübarizə aparan 32 komanda püşklə 8 qrupa bölünəcək. Qonşu Türkiyənin təmsilçisi “Başakşəhər”in də qrupdakı rəqibləri bilinəcək.

Püşkdən öncə komandalar 4 səbətə bölünüb. Çempionlar Liqası və Avropa Liqasının son qalibləri, həmçinin ən reytinqli 6 liqanın çempionu I səbətdə yer alıb. Digər 24 komanda reytinqinə görə səbətlərə bölünüb.

Qrup mərhələsində I tur 20/21 oktyabr, II tur 27/28 oktyabr, III tur 3/4 noyabr, IV tur 24/25 noyabr, V tur 1/2 dekabr, VI tur 8/9 dekabrda keçiriləcək.

Çempionlar Liqası
Qrup mərhələsi

I səbət

“Bavariya” (Almaniya)
“Sevilya” (İspaniya)
“Real” (İspaniya)
“Liverpul” (İngiltərə)
“Yuventus” (İtaliya)
PSJ (Fransa)
“Zenit” (Rusiya)
“Porto” (Portuqaliya)

II səbət
“Barselona” (İspaniya)
“Atletiko” (İspaniya)
“Mançester Yunayted” (İngiltərə)
“Mançester Siti” (İngiltərə)
“Şaxtyor” (Ukrayna)
“Borussiya” (Dortmund, Almaniya)
“Çelsi” (İngiltərə)
“Ayaks” (Niderland)

III səbət
“Dinamo” (Kiyev, Ukrayna)
“Zalsburq” (Avstriya)
“Leypsiq” (Almaniya)
“İnter” (İtaliya)
“Olimpiakos” (Yunanıstan)
“Latsio” (İtaliya)
“Krasnidar” (Rusiya)
“Atalanta” (İtaliya)

IV səbət
“Lokomotiv” (Rusiya)
“Marsel” (Fransa)
“Brügge” (Belçika)
“Borussiya” (Mönhenqladbax, Almaniya)
“Başakşəhər” (Türkiyə)
“Midtülland” (Danimarka)
“Renn” (Fransa)
“Ferensvaroş” (Macarıstan)

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"