Çempionlar Liqasında qrupa son 3 vəsiqə sahibini tapdı

1 Oktyabr 2020 00:56 Çempionlar Liqası 630
Çempionlar Liqasında qrupa son 3 vəsiqə sahibini tapdı

Çempionlar Liqasında pley-off mərhələsi başa çatıb.

Sportinfo.az xəbər verir ki, mərhələnin cavab oyunları çərçivəsində son üç qarşılaşma keçirilib.

Bu qarşılaşmalarda sonra qrup mərhələsinə son vəsiqələrin sahibi müəyyənləşib. Səfərdə “Midtülland”la qarşılaşan “Slaviya” hesabı açsa da, üstünlüyünü qoruya bilməyib. Əzmkar qələbə qazanan danimarkalılar qrupda oynamaq hüququ qazanıblar.

Rusiya “Krasnodar”ı evdə məğlub etdiyi PAOK-la səfər sınağında da güclü olub. “Zalsburq” öz meydanında “Makkabi”yə şans verməyib.

Beləliklə, “Zalsburq”, “Midtülland” və “Krasnodar” Çempionlar Liqasının, PAOK, “Slaviya” və “Makkabi” Avropa Liqasının qrupunda mübarizə aparacaq.

Pley-off mərhələsinin digər üç cütünün qalibi sentyabrın 29-da bəlli olub. Qrup mərhələsinin püşkatması oktyabrın 1-də keçiriləcək.

PAOK (Yunanıstan) - “Krasnodar” (Rusiya) – 1:2
El-Kadduri, 77 – Mixalidis, 73 (avtoqol), Qabeliya, 78
İlk oyun – 1:2
“Zalsburq” (Avstriya) - “Makkabi” (Təl-Əviv, İsrail) – 3:1
Daka, 16, 68, Şoboşlai, 45 (pen.) – Karzev, 30
İlk oyun – 2:1
"Midtülland” (Danimarka) - “Slaviya” (Çexiya) – 4:1
Kaba, 65, Şolts, 84 (pen.), Onyeka, 88, Dreyer, 90 - Olayinka, 3
İlk oyun – 0:0

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!