Macarlar “Qarabağ”ın qisasını ”Molde”dən aldı

30 Sentyabr 2020 00:55 Çempionlar Liqası 1 704
Macarlar “Qarabağ”ın qisasını ”Molde”dən aldı

Çempionlar Liqasında pley-off mərhələsinin cavab qarşılaşmalarına start verilib.

Sportinfo.az xəbər verir ki, həftənin ilk oyun günündə üç matç baş tutub.

Bu görüşlərdən sonra qrup mərhələsində mübarizə aparacaq daha üç komanda müəyyənləşib. Bunlar “Olimpiakos”, Kiyev “Dinamo”su və “Ferensvaroş”dur.

Sonuncular Azərbaycan çempionu “Qarabağ”ı turnirdən kənarlaşdıran “Molde”ni Çempionlar Liqası ilə vidalaşmağa məcbur edib. İlk oyunda 3:3 hesablı heç-heçə edən macarıstanlılar səfər qolları ilə mərhələ adlayıb.

Belçika “Gent”i ilə görüşən “Dinamo” ilk oyundakı kimi yenə qələbə qazanıb. Kiprdə “Omoniya” üzərində inamlı səfər qələbəi qazanan “Olimpiakos” da üstünlüyünü qoruyub.

Çempionlar Liqasında mübarizəni dayandıran “Molde”, “Omoniya” və “Gent” Avropa Liqasına yuvarlanıb. Onlar bu turnirin qrupunda çıxış edəcək.

Cavab oyunlarına sentyabrın 30-da yekun vurulacaq. Qrup mərhələsinin püşkatması isə oktyabrın 1-də baş tutacaq.

29 sentyabr
“Omoniya” (Kipr) - “Olimpiakos” (Yunanıstan) - 0:0

İlk oyun – 0:2
“Ferensvaroş” (Macarıstan) - “Molde” (Norveç) - 0:0
İlk oyun – 3:3
“Dinamo” (Ukrayna) - “Gent” (Belçika) - 3:0
Buyalski, 9, De Pena, 36 (pen.), Rodriques, 49 (pen.)
İlk oyun – 2:1

Digər Xəbərlər
Xəbər Lenti
21 Sentyabr 18:10 Çək və bizə göndər!
21 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
21 Sentyabr 04:20 Dünya çempionu olduq